Kabel televiziyalarının qiyməti artacaq

18.08.2015 11:52     Sosreaksiya     2306

Xəbər verildiyi kimi sentyabrdan etibarən Azərbaycanda bütün kabel televiziyalar vahid tarif formasına keçəcək.Belə ki hazırki qiymətlərindən asılı olmayaraq bütün kabel televiziyaların aylıq ödəniş haqqı 10 AZN olacaq.

Qiymət artımının kanalın hazırki fəaliyyətindən necə fərqlənəcəyini öyrənmək üçün bir neçə kabel televiziyası ilə əlaqə saxladıq.

Zəngimizi cavablandıran “KATV1” kanalının işçisi Səidə xanım xəbərin doğru olduğunu təsdiqlədi: “Hazırda qiymət 9 azn-dir, növbəti aydan isə 10 azn olacaq. Buna səbəb isə keyfiyyətin yüksəldilməsidir, başqa hansı dəyişiklər olacağı barədə isə məlumatımız yoxdur”.

“AiləTV”-nin nümayəndəsi Şəbnəm xanım isə qiymət artımının rəhbərlik tərəfindən təsdiq edildiyini və bütün kabel televiziyalara aid olduğunu bildirdi: “Abunə haqqı gələn ay 10 azn olacaq. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq”.

Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının da baza paketlərində kanalların sayı artırılacaq.

 

 

 

 

 

Şərhlər

Çox oxunanlar