Təbrizdən gələn məktublar

22.10.2021 14:56     Sosreaksiya     652

Güney Azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən Turan Partiyasının başqanı Cahandar Bayoğluna məktublar  göndərməkdə davam edirlər.
 
Reaksiya.az xəbər verir ki, bu barədə Partiyanın başqanı Cahandar Bayoğlu özü sosial şəbəkə hesabında paylaşım edib.
 
Reaksiya.az gələn məktublardan birini olduğu kimi oxuculara təqdim edir:
 
Sayın, Cahandar bəy
 
Guney Azərbaycandan sizi izləyirik. On ilərdir ki, İran adlanan ölkənin mediasi və rəsmiləri Azərbaycanı və onun cumhurbaşqanını inanılmaz şəkildə təhqir edirlər. Azərbaycanı  İranın bir ustanı kimi görürlər ki, İran tərkibinə qaytarılmalıdır deyirlər və farsların demək olar hamısı coşğuyla bu təxribatı təhqiratı dəsyəkləyirlər. Buna qarşı isə quzeydəki medya və partiya başqanları İranı Xumeynini və Xamneyini göylərə qaldırırlar !
Buda bizi narahat edirdi. Bizə sualıdı ki, insan necə ola bilər ki, düşmənə cavab və qarşılıq vermək yerinə onu mədh belə edər!!! Hansı əllər , eyitim təbliqat bu milləti bu hala getirib. Nəhayət ki, sizin kimi əsil bir Türk ovladı çıxdı və cəsurcasına bu taboları yıxdı. Xumeyni , Xamneyi və İran tabosunu mifini yıxdı, o botları sindirdi. Bu milləti sizin kimilər silkələyib oyandıra bilər. Vətən millət anlamını bilməyən, onun-bunun köləsi olar .
 
 
Bu çətin günlərdə İlham Əliyevi himayə etməniz də sizin nə qədər siyasətçi və dərin siyasi zəkaya sahib olduğunuzu göstərir. Tənqidlərimiz olsa da indi İlham Əliyev yerinə oturmuş muktədir, bir lider kimi ortaya çıxıb. Butür liderlər ki, söz sahibi olub, tüm kəsimlərə xitab etsin. Az yetişir şərq ölkələrində də lidersiz iş görülməz. Necə ki, Dövlət Baxçəli zamanında qarşı olduğu Ərdoğanla işbirliğinə getdi və Ərdoğanı Türkçülük istiqamətinə gətirdi və bu sayədə Türk dünyasi ilə ilgili çoxlu işlər görüldü. Məncə sizin kimilərdə İlham Əliyevi bu çizgiyə gətirə bilər. Tehran molları və dığalarına qarşı dik duran İlham Əliyevi Tehran dövlətinə və onun muzdlularına yedirməyin. İlhamƏliyev gedərsə Mıisirdəki kimi dincilər gələr. İran Azərrbaycanı Livanlaştırmaq, İraqlaştırmaq, Yəmənləştimək istəyir. bBuna izin verməyin. Yufka ürəklərlə zorlu yollar aşılmaz. Dik durun, sərt olun, yürüyün, millət arxanızdan yürüsün.
 
Sayğılarımla
 

 

Şərhlər