Hafiz Hacıyev koronavirusa yoluxub

25.10.2021 12:53     Sosreaksiya     307

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub. 

Hafiz Hacıyevin oğlu APA-ya açıqlamasında atasının vəziyyətindən danışıb.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır və bu gün palataya köçürülməlidir:

“Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Artıq səhhəti yaxşıdır. Həkimlər bu həftəsonu atamı xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Reaksiya.az

Şərhlər