Azərbaycan hərbi gücünə görə region lideridir

28.10.2021 12:32     Sosreaksiya     261

Azərbaycan bu il hərbi gücünə görə qlobal reytinqdə 63-cü yeri tutur.

Bu, “Global Firepower Index 2021” reytinqində əks olunub.

140 ölkənin yer aldığı reytinqdə Azərbaycan Cənubi Qafqazın lideri olaraq mövqeyini qoruyub. Belə ki, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdə qərarlaşıb.

Reytinqdə 10-cu Pakistan, 11-ci Türkiyə, 14-cü yerdə isə İrandır.

Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya yer alıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar