Sabir Rüstəmxanlı: “Dövlət müstəqilliyi gününə bir qeyri-iş gününü qıymırlar, niyə?!”

29.10.2021 14:11     Sosreaksiya     318

“Biz 18 oktyabrda dövlət müstəqilliyini bərpa etmişik. Bu gün olmasa, digər bayramları da qeyd edə bilməzdik, sovet dövründə bunların heç biri mümkün deyildi. Necə ola bilər ki, dövlət müstəqilliyinin bərpası bayram günü kimi qeyd olunmur, amma digər bayramlar qeyd olunur?”

Deputat Sabir Rüstəmxanlı bu fikirləri Milli Məclisdəki plenar iclasda söylədi.

Deputat daha sonra əlavə etdi: “Qurban bayramı 2 gün, ya Ramazan bayramı 2 gün olmasın. Vaxtilə onsuz da millətimiz özü qeyd edirdi, rəsmi qərar olmasa da.

Dövlət müstəqilliyi gününə bir qeyri-iş gününü qıymırlar, niyə?! Çox xahiş edirəm ki, Milli Məclis məsələyə ciddi yanaşsın və 18 oktyabr iş günü olmasın”.

Reaksiya.az

Şərhlər