Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

06.06.2015 19:46     Sosreaksiya     1397

Rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlardan istifadə edə bilərlər
 
Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni, rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.
 
“Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir.

Şərhlər

Çox oxunanlar