Qafanda İNSİDENT: Yaralanan var SON DƏQİQƏ

09.11.2021 16:41     Sosreaksiya     309

Ermənistanın Qafan şəhərində yerli sakinlərlə Rusiya vətəndaşları arasında baş verən davanın təfərrüatı məlum olub.

“Report” “Shamshayan”a istinadən bildirir ki, hadisə barədə polis idarəsinə naməlum şəxslər məlumat verib.

Onlar davanın Rusiya hərbçiləri ilə erməni mülki şəxslər arasında olduğunu söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparıb. Nəticədə məlum olub ki, insident inşaat şirkətinin rəhbərliyində təmsil olunan Rusiya vətəndaşları ilə yerli sakinlər arasında baş verib.

Rusiya vətəndaşları polisə aparılıb.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər