Qarabağın qurulmasına 2,2 milyard manat ayrılacaq - Maliyyə nazirindən AÇIQLAMA

10.11.2021 12:20     Sosreaksiya     299

Cari ildə olduğu kimi, növbəti ilin büdcəsində də işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına xüsusi önəm veriləcək. Belə ki, dövlət başçısının tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub. Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələrində söylədi.

Nazir qeyd etdi ki, 2022-ci ilin dövlət büdcəsi xərcləri müstəqillik tarixində indiyə qədər ən böyük xərclər olan büdcədir. S.Şərofovun sözlərinə görə, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.

Dövlət büdcəsinin xərcləri isə 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.

Reaksiya.az

Şərhlər