DTX tərəfindən həbs edilən sabiq icra başçısı ECMO cihazından ayrılıb

10.11.2021 12:21     Sosreaksiya     314

“Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazından ayrılıb, amma vəziyyəti ağır olaraq qalır”.

Reaksiya.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında onun vəkili deyib.

O bildirib ki, həkimlərin sözlərinə görə, M.Quliyevin vəziyyəti süni tənəffüs aparatı ilə tənzimlənir:

“Vəziyyəti yüngülləşməyib. İki aya yaxındır, koma vəziyyətində qalıb. Müalicə prosesi davam edir. Vəziyyətində nisbətən irəliləyiş olsa da həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər”.

Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesinin vaxtı səhhətindən asılı olaraq təyin ediləcək.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Reaksiya.az

Şərhlər