Deputat: "Yeni rüsumlar bazarda qiymətlərə təsir edəcək"
10.11.2021 13:22 Sosreaksiya 318
"Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. "Dövlət rüsumu haqqında" qanunda çox ciddi dəyişikliklər edilməlidir".
Bunu deputat Vahid Əhmədov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır: "Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. "Dövlət rüsumu haqqında" qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır".
Şərhlər