Havanın hərarəti yenidən yüksələcək
18.08.2015 13:27 Sosreaksiya 1864

Avqustun 1-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Reaksiya.az-a verilən məlumatına görə, şərq küləyi cənub küləyi ilə əvəzlənəcək. Bakıda gecə 23-27, gündüz 30-37 dərəcə isti proqnozlaşdırılır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 19-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə olacaq. Dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Şərhlər