Bu günə qədər Amnistiya Aktı ilə azadlığa çıxanların sayı AÇIQLANDI
11.11.2021 12:02 Sosreaksiya 361
“Hazırkı amnistiya aktı dörd bölmə, 45 hissədən ibarətdir”.
Bu sözləri Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
Onun sözlərinə görə, birinci bölmədə amnistiya şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi barədə, 4-cü bölmədə isə icra prosesi göstərilir:
“Bütün statistik məlumatlar tədqiq edildi və 5 800 məhkuma, probasiya üzrə isə 8 800 nəfərə amnistiya şamil edildi. Akt amnistiyanın şamil edildiyi 17 min nəfərdən, 15 mininə Ədliyyə Orqanları tərəfindən icra olunacaq. Bu amnistiya aktı genişliyi ilə seçilir”.
“Penitensiar Xidmət tərəfindən zəfər münasibətilə imzalanan amnistiya aktının sabahı 36 nəfər, bu günə qədər isə 101 nəfər amnistiya aktı ilə azadlığa buraxılıb” - deyə o qeyd edib.
Şərhlər