Bir ildə Kəlbəcərə neçə maşın yük aparılıb? – Rusiya MN

12.11.2021 12:02     Sosreaksiya     308

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin hərbi polis bölmələri il ərzində 8 min avtomobilin (200 maşın karvanı) təhlükəsiz keçidini təmin edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tikinti materialları və ərzaq daşıyan ağır yük maşınları Şuşa-Qırmızı Bazar-Kəlbəcər marşrutu üzrə və əks istiqamətdə müşayiət edilir.

“Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin birinci ili ərzində tikinti materialları daşıyan səkkiz mindən çox avtomobilin təhlükəsizliyinin təmin edilməsinə altı yüzdən çox hərbi polis heyəti cəlb edilib. Hərəkət marşrutları dağlıq şəraitdə, çətin yollardan keçirdi”, - sülhməramlıların nümayəndəsi Dmitri Levikin deyib.

Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələrinin humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsi və Laçın dəhlizində patrul xidmətinə müntəzəm cəlb olunduğu da xatırladılıb.

Reaksiya.az

Şərhlər