PKK-ya qarşı böyük əməliyyat - VİDEO
18.08.2015 14:04 Sosreaksiya 2606

Küçəyə çıxma yasağı elan edilən Silvanda PKK-ya qarşı 700 polis və əsgərin iştirakı ilə əməliyyat başlanılıb.
Reaksiya.az xəbər verir ki, əməliyyat zamanı yaraqlılar polislərə atəş açıb.
Qarşıdurmada bir nəfərin öldüyü iddia edilir.
Yaralan bir nəfərin isə Silvan Dövlət Xəstəxanasına aparıldığı bildirilir. Rayonda gərginlik davam edir.
Qeyd edək ki, Diyarbəkir İcra Hakimiyyəti əhaliyə dünən rayonda gecə saat 01.00-dən etibarən küçəyə çıxma yasağı qoyub.
Silvanın da aralarında olduğu 4 rayon 15 gün müddətinə xüsusi təhlükəsizlik bölgəsi elan edilib.
Şərhlər