Erməni ekspert: "Zəngəzura və erməni dövlətçiliyinin süqutuna sayılı həftələr qalacaq”

18.11.2021 12:19     Sosreaksiya     312

“Kapitulyant və onun xain komandası var olduğu müddətcə daim itirəcəyik”.
 
Bunu “Facebook” səhifəsində erməni ekspert Varujan Geğamyan yazıb.

Geğamyan qeyd edib ki, ayrı-seçkilik olmadan bütün ermənilər itirəcəklər.

“İki gün əvvəl qeyd etmişəm, indi də israr edim: minlərlə izləyicisi olan, ictimai nüfuza malik olan bütün fikir liderləri səssiz qalmamağa, vətənimizin əsl nailiyyətinə reaksiya verməyə, qətiyyətlə tələb etməyə və bu xain hakimiyyətin uzaqlaşdırılmasına səy göstərməyə borcludurlar. Eyni şeyi gecikmədən özlərini müxalifət elan etmiş bütün siyasi qüvvələr də etməlidir. Əgər bu edilməsə, Zəngəzura və erməni dövlətçiliyinin süqutuna sayılı həftələr qalacaq”, - deyə o bildirib.
 

Şərhlər