"Koronavirusa görə ölüm göstəricilərində artma yoxdur" - TƏBİB rəsmisi
23.11.2021 13:12 Sosreaksiya 303
“Koronavirusa yoluxma sayları heç vaxt prosesi qiymətləndirmək üçün istifadə olunmamalıdır. Azərbaycanda pandemiya başladığı vaxtdan koronavirusa görə ölüm göstəricilərində artma müşahidə olunmayıb”.
Reaksiya.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, buna baxmayaraq, hər bir xəstənin itkisi problem olaraq qəbul olunmalıdır: “Xəstəliyin müşahidə və müalicəsində hər zaman inkişaf olmalıdır. Amma hazırda koronavirus xəstəliyi səbəbindən ölüm göstəricilərində artma yoxdur”.
Şərhlər