“Azərişığ”ın minaya düşən əməkdaşının son durumu

23.11.2021 13:16     Sosreaksiya     312

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan Azərişıq ASC əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Bu barədə Reaksiya.az-a “Azərişıq”dan məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonar M.Əbilov Azərişıq ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub:

“Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Reaksiya.az

Şərhlər