Bred Pit 109 ailənin evini təmir etdirdi

18.08.2015 14:31     Sosreaksiya     1739

Aktyor Bred Pit Nyu Orleansda baş verən qasırğaının izlərini yox etdirmək üçün 109 ailənin evini təmir etdirib.

Reaksiya.az xəbər verir ki, 10 il öncə baş verən qasırğanın viran qoyduğu evləri öz hesabına düzəltdirən aktyor dünyanın ən yaxşı memarlarının bu layihədə çalışmasına imkan yaradıb.

2005-ci ildə "Katrina" adlı qasırğadan sonra evləri yararsız hala düşən sakinlər isə Hollivud ulduzuna təşəkkür ediblər.

Qeyd edək ki, may ayında həyat yoldaşı, aktrisa Ancelina Coli ilə burada 6 milyon yarımlıq villa alan Bred o vaxt burdakı uçuq evləri görərkən bu layihəyə qərar verib.
 

Şərhlər

Çox oxunanlar