Deputatlardan sərt etiraz: "ATƏT-in Minsk qrupu rədd edilməlidir"
23.11.2021 13:37 Sosreaksiya 297
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Fransa Senatında senatorların erməni separatçılarını qəbul edilməsinə etirazını bildirdi. “Niyə Dnestryanı, Cənubi Osetiya, Abxaziyadan olan separatçıları niyə qəbul etmirsiniz? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsizliyi özünə necə sığışdırır?”, - deputat sual etdi.
Q.Həsənquliyev bildirdi ki, Fransa 44 günlük savaşda minlərlə gəncin tökülən qana görə məsuliyyət daşıyır: “Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.
Deputat Fazil Mustafa da Fransanın erməni separatçılarına qucaq açmasına kəskin etirazını bildirdi. “ATƏT-in Minsk Qrupunu rədd etmək üçün” real imkan yarandığını deyən deputat bildirdi ki, bundan yaxşı fürsət ola bilməz.
Eyni zamanda F.Mustafa qeyd etdi ki, Qarabağ separatçıları ilə bağlı müvafiq araşdırmalar aparılmalı, onalrın barəsində cinayət işi qaldırılmalı, terrorçu kimi axtarışı təmin olunmalıdır. Həmçinin hansı ölkə onları qəbul edirsə, həmin ölkə ilə terrorçuları kimi qəbul edən ölkə kimi davranmaq lazımdır”. F.Mustafa sülhməramlılarımızın təsir dairəsində olan ərazimizə qanunsuz səfərlərin edilməsinə göz yumulduğu üçün Rusiyaya etirazımızı bildirməyi də zəruri saydı
Deputat Tural Gəncəliyev Fransa senatında erməni separatçıların qəbul edilməsini kəskin qınadı: “Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. 4 min km ölkənin əsassız iddialarıni qəbul etmirik. Bu cür hərəkətlər Fransa Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda bu xeyir gətirməyəcək”.
Daha sonra deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov və digərləri də Fransanın ermənipərəst siyasətinə qarşı mövqe bildirdilər.
Şərhlər