Məhşur Hollivud ulduzunun qızı təhdid olunur

18.08.2015 14:52     Sosreaksiya     2024

Hollivudun sevilən ulduzu Salma Hayek bir müddət bundan öncə fanatlarından təhdid edici məktublar alıb. 

Reaksiya.az xəbər verir ki, məktublarda Salma Hayekin 7 yaşlı qızı Valentinanın bu yaxınlarda oğurlanacağı haqda yazılıb. 

Hər iki məktub aktrisanın elektron ünvanına göndərilib. Məktubuların məzmunu belə olub: “Biz sənin qızının harda olacağını çox gözəl bilirik. Sən qızının həyatı üçün hansı məbləğdən keçməyə hazırsan?” 

Oxşar məzmunlu məktublar məşhurun digər ailə üzvlərinə də göndərilib. Aktrisa vaxtında polisə müraciət edə bilib. Nəticədə hər aktrisanı təhdid edənlər tutularaq hüquq mühafizə orqanlarına təhvil verilib. Onlar Salma Hayekin iki qız fanatı olub.

Məhkəmənin qərarı ilə hadisəni törədənlərə aktrisaya və onun digər ailə üzvlərinə 90 metr məsafədən artıq yaxın durmaq qadağan olunub. 

Məhkəmənin payızda keçiriləcək növbəti dinləməsində, Salma Hayek qızların daha ağır cəza almasına ümüd edir. 

Hollivud ulduzu Salma Hayek çoxsaylı moda evlərinin sahibi Fransua Anri Pino ilə ailəli olub. Onlar 2008-ci ildə ayrılandan sonra qızları Valentina Pino Salma ilə qalıb. Bir il küsülü qalan cütlük 2009-cu ildə yenidən evlənib.


Salma Hayek və qızı Valentina


Salma Hayek və ailəsi

Şərhlər

Çox oxunanlar