İstehlakçıların hüquqları neçə qorunur ? - Ekspert rəyi

18.08.2015 14:58     Sosreaksiya     2262

Son zamanlar yenə də gündəmə istehlakçıların bir çox məişət və geyim mağazaları eləcə də onlayn sistem vasitəsilə satış zamanı aldadılması faktlarları aktuallıq təşkil edir. Əslində isə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa görə vətəndaş birmənalı şəkildə malı 14 gün müddətində dəyişmək, eləcə də xidməti dəyişmək, əgər uyğun mal və xidmət olmazsa onu qaytarıb və ödədiyi pulu geri almaq hüquqna malikdir. Ancaq təəssüflər olsun ki, paytaxt Bakıda bu qanunun şərtlərinə əməl etməyən sahibkarlar hələ də var. Məsələnin yenidən gündəmə gəlməsini nəzərə alaraq Reaksiya.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla görüşüb və müsahibə alıb.

-         Eyyib müəllim bu gün yenə də istehlakçının hüquqlarının pozulması halları gündəmə gəlir. Bu məsələlərlə bağlı Sizə olan müraciətlər haqqında danışmağınızı istərdim. Müraciətlər olduqda hansı tədbirlər həyata keçirilir ?

-           Bu sahədə bizə hər gün müraciətlər olur. Malların və xidmətlərin dəyişdirilməsi və satılması ilə bağlı vətəndaşların müraciətləri hər gün demək olar ki, artır. Bildiyiniz kimi vətəndaş 14 gün müddətində bu hüquqdan istifadə edə bilər. Təəssüflər olsun ki, yenə də sahibkarlar var ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əməl etmir. Tərəfimizdən müraciət olunduqda dərhal reaksiya verilməklə, vətəndaşa problemin həlli istiqamətində yardım göstərməyə çalışırıq. Bu günlərdə bizə Bakı şəhər sakini Aygün Kərimova ərizə ilə müraciət edərək bildirib ki, 5 iyun 2015-ci il tarixdə övladının Ukraynada təhsil alması üçün Bakı Bizness Treninq MMC-yə müraciət edib. Bakı Bizness Treninq MMC isə vətəndaşdan 1000 ABŞ dolları, bundan əlavə 550 AzN eləçə də əlavə xidmət haqqı kimi 250 AZN məbləğində pullar almışlar. Ançaq bütün bunların müqabilində vətəndaşa heç bir sənəd və ya kassa çeki təqdim olunmayıb. Guya bununla da vətəndaş Aygün Kərimova ilə qarşılıqlı müqavilə imzalayıblar. Onu qeyd edim ki, Azad İstehlakçılar Birliyi tərəfindən araşdırmamız göstərdi ki, müqavilənin şərtləri birtərəflidir, istehlakçının heç bir hüququ qorunmur. Bu hadisədən təxminən 7 gün sonra istehlakçının problemi olur və təhsil haqqını ödəyə bilməyəcəyini düşünərək yenidən Bakı Bizness Treninq MMC-yə müraciət edərək övladının Ukraynada təhsil almasından imtina edib. Lakin  Bakı Bizness Treninq MMC-nin rəhbərliyi isə Aygün Kərimova bildirib ki, belə olduğu halda biz Sizə ödədiyiniz məbləğin 15 %-ni geri qaytara bilərik. Bu isə istehlakçının ödədiyi məbləğin çox az bir hissəsi deməkdir. Hətta deyim ki, Bakı Bizness Treninq MMC müvafiq sənədlərə də bu şərti daxil edibdir. Ancaq bir daha qeyd etməliyəm ki, bu hal qəbul edilməzdir. Burada istehlakçının hüquqları kobud surətdə pozulur.

-  Eyyub müəllim, bu cür hal qanunda öz əksini tapıbmı ki, istehlakçı hər hansı bir xidmətdən tam imtina etdikdə ona ödəmiş olduğu məbləğin hansısa bir faizi geri qaytarılmalıdırmı?

-     Xeyr qanunda belə bir hal nəzərdə tutulmur. Bu hal ancaq satıcı və alıcı arasında hansısa bir şərt ola bilər.Yenə də bu qanuna uyğun hesab edilə bilməz. Sizə məlumat üçün bildirim ki, qeyd etdiyim məsələ ilə bağlı Bakı Bizness Treninq MMC ilə əlaqə saxlasaq da bu məsələnin həllinə nail ola bilmədik. MMC rəhbəri bu məsələnin həllində heç bir yardım göstərmədi.

-         Eyyub müəllim, bu cür hallara eləcə də onlayn satış zamanı da rast gəlmək mümkündür. Əksər hallarda onlayn satış zamanı da istehlakçının hüquqları kobud surətdə pozulur. Bu məsələlərlə bağlı müraciətlər varmı?

-    Digər bir istehlakçı Bakı şəhər sakini Saleh Şirinov internet resurslarından istifadə edərək “Mayfon.ae” şirkətindən “Smartfon” tipli mobil telefon sifariş etmişdir. Ançaq məlum olmuşdur ki, telefon işlək deyil və bir sıra ciddi texniki problemləri var. Vətəndaş Saleh Şirinov isə aldığı malı geri qaytarmaq istədikdə isə qarşı tərəf bundan imtina edib. Bu məsələ ilə bağlı dərhal araşdırmaya başladıq, İqtisadiyyat Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Potent üzrə Dövlət Xidmətinə müraciət etmişik. Sizə deyim ki, bu çür tipli şikayətlər hər gün daxil olur. Hətta mebel dükanlarından belə bu cür istehlakçı hüquqlarının pozulması halları ilə rastlaşırıq. Mən sizə deyim ki, “Alınan mallar deyişdirilmir və ya geri qaytarılmır” kimi şüarlar qanuna tamamilə ziddir. Deyərdim ki, ağıllı istehlakçı bu çür elanları gördükdə həmin mağazalardan alver etməməlidir.Ağıllı biznesmen isə bu cür şüarlardan bəhrələnməməlidir. Bu bir daha biznesmen özü deyir ki, mən etibarsızam məndən mal almayın. Bu çür şüarlar bir daha istehlakçının hüquqlarının qorunmamasının aşkar şəkildə təbliği deməkdir. Son vaxtlar bu şüarlarla apardığımız mübarizəyə görə mağazalardan yığışdırılaraq, ancaq mağazaların geyinib-soyunmaq otaqlarında rast gəlmək mümkündür. Bu da tam qanunsuzdur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm. Paytaxt Bakıda son 3 ildə bir mağazalar şəbəkəsi olan “Reytel qrup” şəbəkəsi əmələ gəlibdir. Qeyd edim ki, bu qrup xüsusi olaraq paytaxtda fəaliyyət göstərən brend mağazaların “ZARA”, “MANQO” və sairə mağazaların adından istifadə etməklə fəaliyyət göstərirlər. Bu “Reytel qrup” istehlakçının hər hansı bir hüququ pozulduqda bəhanə gətirirlər ki, bizim sahibimiz xarici ölkələrdə oturur və bu sahibkarlar içazə vermirlər ki, biz malları dəyişək və ya qaytaraq. İstehlakçıya isə bildirirlər ki, yalnız İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bizə rəsmi müraciət edilərsə bu halda hər hansı bir malı dəyişdirə və ya qaytara bilərik. Bir daha bildirmək istəyirəm ki, bu cür hallar qanuna zidd bir hərəkətdir və yol verilməzdir. Bu çür hallara dövlət orqanları effektiv şəkildə mübarizəni güçləndirməlidirlər.  

-         Effektiv şəkildə mübarizəni güçləndirmək üçün hansı təklifləriniz var ?

-         İlk növbədə məsələlərə cəld reaksiya olmalıdır. Mütləq bütün marketlərdə və mağazalar şəbəkəsində istehlakçı guşəsi olmalıdır. Məsələn deyə bilərəm ki, Belarusiya, Ukrayna və Rusiyanın digər şəhərlərində bu çür istehlakçı güşələri mövcuddur. Bu güşələrdə İstehlakçının hüquqları və dövlətin bu istiqamətdə qəbul etdiyi qanunlar göstərilməlidir. Həmçinin qaynar xəttlərin fəaliyyətini genişləndirmək gərəkdir. Misal üçün deyə bilərəm ki, Bakıda 28 Molda fəaliyyət göstərən Bazarstorda bu cür guşə var. Ancaq o da çox da mükəmməl deyil. Burada həmçinin şikayət və təkliflər dəftəri də olmalıdır. İstehlakçının səsini eşitmək üçün bu dəftər əsas şərtlərdəndir.  

Şərhlər

Çox oxunanlar