Avropa İttifaqı Gəncədə seminar keçirib - FOTOLAR
18.08.2015 15:18 Sosreaksiya 2192

Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqı ilə birgə layihə çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar növbəti treninqi Gəncədə keçirib.
Reaksiya.az xəbər verir ki, tədbirdə 22 dairə seçki komissiyasının məsul şəxsləri, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak ediblər.
Qeyd edək ki, tədbirdə hər iki qurum arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışılıb. Avropa İttifaqının eksperti Kristofer Şildz parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparıb. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “MSK olaraq biz bu məsələyə ciddi yanaşırıq. Hesab edirik ki, seçki hüququnun daha etibarlı təmin edilməsi yönümündə aşağı seçki komissiyaları ilə aparılan treyninqlər öz bəhrəsini verəcək. Qanunvericiliyin birbaşa və dürüst şəkildə tətbiqi ilə bağlı heç bir problem olmayacaq”-deyə tədbirdə bildirilib.
Şərhlər