Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlandı

29.11.2021 12:16     Sosreaksiya     278

Ötən ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir.

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

O qeyd edib ki, 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı (167,1%) olub:

"Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb. 2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir".

Reaksiya.az

Şərhlər