Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib
18.08.2015 15:32 Sosreaksiya 2188

Şəmkir rayonunun Abbaslı kəndində qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Reaksiya.az-a verilən məlumata görə Abbaslı kənd sakini, 24 yaşlı Məzahim İsgəndərov mübahisə zəminində Aşağı Seyfəli kənd sakini 22 yaşlı Rasim Qəmbərlini bıçaqlayıb.Sonuncu aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Məzahim İsgəndərov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər