Uşaq poliklinikasında partlayış

18.08.2015 15:41     Sosreaksiya     2671

Rusiyanın Ulan-Ude şəhərində fəaliyyət göstərən 6 saylı uşaq poliklinikasında partlayış baş verib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat Buryatiya Səhiyyə Nazirliyinin saytında yer alıb.

Partlayış baş verən zaman dəhlizdə uşaqları ilə birlikdə 30 valideyn olub.

Olayda yalnız 1 qadın yaralanıb. Onun sağ əlində bəzi xəsarətlərin olduğu deyilir.

Hadisədən sonra poliklinikada olan uşaqlar evakuasiya edilib.

Olay yerinə polis əməkdaşları və təhlükəsizlik qüvvələri cəlb edilib. 

Şərhlər

Çox oxunanlar