Elçin Məmmədov helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışdı
01.12.2021 14:53 Sosreaksiya 322
"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".
Reaksiya.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: "Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.
E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: "İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.
Şərhlər