"Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb..." - Komitə sədri
03.12.2021 12:10 Sosreaksiya 431
"Hər bir deputat dediyi sözə məsuliyyət daşıyır. Mən fikrimi havadan demirəm".
Reaksiya.az "Unikal org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, ötən iclasda rüsum və cərimələrin artırılmasının əsaslandırılması ilə bağlı xahiş edib: "Mən deyəndə ki, rüsumlar iki və üç dəfə artırılıb, komitə sədri Tahir Mirkişili buna etiraz etdi. Dedi ki, artım olmayıb. Layihədə dəyişikliklər, rəqəmlər göz önündədir. Bu rəqəmlərin hamısını yazmağa hövsələm çatmadı. 50-100 faiz aralığında rüsumların artımı göz önündədir. Komitə sədri hansı əsasla deyir ki, artım yoxdur?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, S. Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi, indi dedikləri isə fərqli rəqəmlərdir: “Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.
Şərhlər