Baş nazirdən süni qiymət artımı edənlərə xəbərdarlıq
03.12.2021 13:27 Sosreaksiya 311
Baş nazir Əli Əsədov Milli Məclisin iclasında ölkədə məhsulların qiymətinin artmasına münasibət bildirib.
baş nazir pandemiyanın istehsal həcmlərinə mənfi təsir göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirir.
"Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”, - deyə Əli Əsədov əlavə edib.
Şərhlər