Xocavənddə erməni əsilli şəxs hərbçimizə hücum etdi

03.12.2021 16:18     Sosreaksiya     503

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Reaksiya.az

Şərhlər