İŞİD Nitşenin əsgərləri imiş

18.08.2015 17:58     Sosreaksiya     2810

Türkiyə Dəyanət İşləri  Nazirliyinin hazırladığı hesabatda İŞİD və bənzəri təşkilatların nihilist (heççi) meylli olduğu iddia edilib. Hesabatda, bu cür anlayışların, “modernizmin zorakılığa söykənən forması” kimi ortaya çıxması da müdafiə olunub.

“Cümhuriyyət” qəzetindən İqlim Öngelin xəbərinə görə Dəyanət İşləri Nazirliyinin"İŞİD – in əsas fəlsəfəsi və dini referansları hesabatı" başlıqlı hesabatında İŞİD "gənclərin qurtuluş ideologiyası" kimi təyin olunub.

Hesabatda İŞİD  - in güclənməsində ABŞ işğalından sonra başlayan prosesdə şiələrin təsir qüvvələrinin artırılmasında, sünni ərəblərə, ayrı-seçkilik tətbiq olunması, onların alçaldılması və işsiz qalmasının təsirli olduğu ifadə edilib. İŞİD kimi təşkilatların “heççilik” mənasındakı “nihilism”in təsir dairəsində olduğu bildirilən hesabatda, "İslamı nihilizmin istinad nöqtəsinə çevirmə təşəbbüsü, adam öldürməkdən daha betər bir fitnədir" ifadələrinə yer  verilib.

Qeyd edək ki, ən əhəmiyyətli nümayəndəsi Nitşe olan nihilizmdə müasir insanın mənimsədiyi dəyərlərin ənənəvi dəyərlərinin çökdüyü bildirilir. Bu düşüncəyə görə əvvəlki dəyərlər tərk edilib, bütün dəyərlər yenidən qurulmalıdır. Bunu edəcək olan insan üst insandır. İnsan dəyər yaradacaq ölçüdə üstün insane kimi azaddır.

Şərhlər