Kənan Quluzadə: “Yaxın dövrdə Qarabağ 1 milyona yaxın daxili və xarici turist qəbul edə biləcək”

07.12.2021 12:05     Sosreaksiya     426

“Yaxın dövrdə Qarabağ 1 milyona yaxın daxili və xarici turist qəbul edə biləcək”.

Reaksiya.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, hazırda xüsusilə həmin yerlərdən olan şəxslərin Qarabağa səfərləri təşkil olunur:

“Regionda turizmin inkişafı baxımından xüsusi marşrutlar hazırlanır. “Yolumuz Qarabağadır” adlı bir layihəmiz var. Onun çərçivəsində “Yolumuz Ağdamadır”, “Yolumuz Füzuliyədir”, “Yolumuz Xocavəndədir” və s. bu kimi marşrutlar çəkilir”.

O qeyd edib ki, Qarabağın turizminin inkişafı əsas üç amildən asılıdır:

“Təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların bura geri qayıdışı önəmli amillərdir. Qarabağa turistlərin cəlb edilməsi baxımından turların təşkili ilə bağlı planlarımızı götürdükdə hər şey nəzərdə tutulduğu kimi davam etsə və pandemiya prosesi ləngitməsə yaxın dörd il ərzində regiona 1 milyon insan səfər edə biləcək”

Reaksiya.az

Şərhlər