Əlil Qadınlar üçün pulsuz peşə və hazırlıq kurslarına start verildi

18.08.2015 18:12     Sosreaksiya     1942

Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi sentyabr ayının 15-dən əlillər üçün pulsuz peşə və hazırlıq kurslarına start verir. Əlillərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan kurslar şəhərin Həsən Əliyev və Abbas Səhhət küçələrində yerləşən binalarda təşkil olunacaq.

Reaksiya.az xəbər verir ki, müraciət edənlər üçün yaş məhdudiyyəti yoxdur. Kurslar əvvəlcədən dəqiqləşdirilən və əlillərin daha çox ehtiyac duyduqları sahələr üzrə aparılacaq. Kurslarda əlilliyi olmayan insanlar da iştirak edə bilərlər. Amma, onlar üçün tədris ödənişli olacaq.

Hazırda Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi kurslarda dərs deyəcək təlimçilər arasında seçim aparır. Bu, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin həyata keçirdiyi uğurlu layihələrin davamıdır.

 

Şərhlər

Çox oxunanlar