Göygöl ərazisini zibilləyən 15 nəfər cərimələnib

18.08.2015 18:32     Sosreaksiya     1780

Göygöl Milli Parkın ərazisini zibilləyən 15 nəfər cərimələnib. Reaksiya.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov bildirib. Onun sözlərinə görə, ərazini çirkləndirən vətəndaşlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələniblər: “Müxtəlif yerdə zibil qabları qutusu qoyulub, 10 minə yaxın zibil torbası alınıb. Bu cərimə ilə həll olunan deyil, ictimai nəzarət olmalıdır, insanlarda bir-birinə qarşı ictimai qınaq olmalıdır”.

 

Şərhlər

Çox oxunanlar