Rasim Quliyevə 6 il həbs istənildi
09.12.2021 13:29 Sosreaksiya 387
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevə cəza istənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, R.Quliyevin 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Rasim Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.
Şərhlər