Bakıda dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açıldı

14.12.2021 10:15     Sosreaksiya     300

Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bunu Musavat.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"də baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub. Bu gün 8 nəfərin hər biri evə buraxılıb.

Reaksiya.az

Şərhlər