Maaşından pul çıxılan şəxslər üçün vacib açıqlama - Yeniliklər olacaq

14.12.2021 13:45     Sosreaksiya     334

"Yaxın günlərdə icbari tibbi sigorta çərçivəsində verilən göndəriş vərəqələrinin verilməsi qaydalarında dəyişikliklər olacaq".

Musavat.com xəbər verir ki, bunu İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə deyib. O qeyd edib ki, müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq:

"Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda, ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasinda planlı yatış xidmətindən istifadə mümkün olur".

O qeyd edib ki, hələ ki, başqa dəyişikliklər nəzərdə tutulmayıb:

"Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək".

Qeyd edək ki, göndəriş vərəqəsi üçün lazım olan sənədlər- ambulator kirabçadan (xəstəlik tarixindən) çıxarış, aparılmış müayinələrin nəticəsi, zəruri hallarda digər tibbi sənədlərdən ibarətdir. Göndəriş vərəqəsində dəyişillik və düzəlişlərin edilməsi yolverilməzdir.

Reaksiya.az

Şərhlər