Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara müraciət edib

16.12.2021 18:15     Sosreaksiya     344

Aliment tələblərinə dair icra sənədlərində çətinliklər çoxdur. Əsas çətinliklər borcluların iş yerlərinin, gəlirlərinin olmaması, maddi vəziyyətlərinin aşağı olması, pandemiya ilə bağlı yaranmış şərait, borcluların ağır xəstə, əlilliyinin olması, yaşayış yerlərinin olmaması və sairdir.

Trend xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda "Facebook"-da keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, borclu və tələbkarlar arasında icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşılması halları da olur: “Bir icra məmurunun icraatında 200-500 icra işi varsa, tələbkarlar bunu nəzərə almalıdırlar. Hər ay alimentin ödənilməsini istəyirlərsə, məbləğ ödənilmədiyi halda tədbirlər görülməsi üçün icra məmurunu rəsmi şəkildə məlumatlandırmalıdırlar".

Reaksiya.az

Şərhlər