Türkiyənin Dəmirörən Holdinqi Azərbaycanda dərman zavodu açacaq
17.12.2021 10:46 Sosreaksiya 297
Türkiyənin Demirörən Holdinqi "Azərlotereya"dan sonra Azərbaycana növbəti dəfə investisiya qoyub.
Trend-in məlumatına görə, Türkiyə şirkəti bu dəfə ölkəmizdə dərman istehsalı müəssisəsi quracaq. Bununla bağlı artıq razılaşma əldə olunub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Demirörən Holdinqin İdarə heyətinin sədri Yıldırım Demirören və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcının iştirakı ilə saziş imzalanıb.
Demirören Holdinqin rəhbəri isə bildirib ki, investisiya iki mərhələdə olacaq. İlk mərhələni 3 il ərzində başa çatdırılması nəzərdə tutulur. Sonra ikinci mərhələyə başlayacağıq. Müəssisə 500 nəfərə iş imkanı yaradacaq.
Türkiyənin Azərbaycandakı səfiri də investisiyanın önəminə diqqət çəkib. Bildirib ki, iki ölkə bütün sahələrdə əməkdaşlıq edir.
"Bu günə qədər Türkiyənin iqtisadi əlaqələrdə əsasən tikinti sektoru ilə tanınırdısa, indi səhiyyə, turizm, sənaye və dərman sektoruna da investisiya qoyulur. Azərbaycana qoyulan sərmayə təkcə Azərbaycan üçün deyil, eyni zamanda MDB ölkələrinə də açılma imkanı verir" - deyə, səfir bildirib.
Qeyd olunur ki, yekun razılaşmanın 3 ay ərzində imzalanması və müəssisənin təməlinin yaxın aylarda atılacağı gözlənilir.
Mikayıl Cabbarov bununla dərman bazarında yerli istehsala önəmli bir qapı açılacağını bildirib.
Şərhlər