Yeni qanun layihəsində qüvvəyə minmə tarixinin göstərilməsinə aydınlıq gətirildi

17.12.2021 14:01     Sosreaksiya     347

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yanvarın 1-nin qanunun qüvvəyə minmə tarixi kimi qeyd olunmasına aydınlıq gətirib.

O, bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib ki, bu tarix başlanğıc kimi götürülmüşdü.

“Bu tarixin burada olması İşçi Qrupda müzakirələrdə qeyd edilmişdi”, - o vurğulayıb.

Reaksiya.az

Şərhlər