"500-dən artıq direktor vəzifəsi boşdur"- Nazir

21.12.2021 11:59     Sosreaksiya     325

"Hər il Təhsil Nazirliyi onlarla direktoru bu və ya digər səbəbdən işdən çıxarır. Hər hansı ucqar kənddə sinif otağında baş verən prosesin səbəbkarı nazir və nazirlik deyil, müəllimdir".

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib. O qeyd edib ki, təyin edilə şəxsin peşəkarlığı önəm daşıyır:

"Biz forma dəyişikliyindən yox, məzmun dəyişikliyindən danışmalıyıq. Adların, vəzifələrin heç bir əhəmiyyəti yoxdur. Direktorların kim tərəfindən necə və nə cür təyin edilməsi deyil, təyin olunan şəxsin peşəkarlığı vacibdir. Bu gün direktorların təyinatı müsabiqə əsasındadır. Problem müsabiqəni keçənlərin sayının az olmasıdır. Məktəb rəhbərinin mövqeyini də başa düşməliyik. Direktorun həmişə günahkar olmaq ehtimalı böyükdür. Ona görə bacarıqlı müəllim direktor olmaq istəmir".

Nazir qeyd edib ki, bu gün 500-dən artıq direktor vəzifəsi boşdur:

"Çalışırıq ki, ora düzgün və müsabiqə əsasında təyinatı edək. Biz həddi aşağı sala bilmərik. Amma uzun müddət də yerləri boş saxlaya bilmərik. Problemimiz səriştə ilə bağlıdır. Rəqabət qabiliyyətli əmək haqqı sisteminin qurulması ilə bu problem də həllini tapacaq".

Reaksiya.az

Şərhlər