Azərbaycanda ailələrin 54.4 faizinin kredit borcu var

22.12.2021 12:29     Sosreaksiya     330

Azərbaycanda ailələrin 54.4 faizinin kredit borcu var. Bu barədə Azərbaycanda mövcud ailə münasibətləri:"Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri zamanı məlum olub.

Musavat.com xəbər verir ki, respondentlərə "Hazırda ailənizin krediti, yaxud borcu varmı" sualı ünvanlanıb. Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54.4%) ödəməli olduğu kredit, 28.3 %-nin isə ödəməli olduğu borcu var. 25 faiz ailə isə kənar şəxsə borc verdiyini bildirib.
Borc verməyənlərin sayının 75.0 faiz olması yüksək rəqəm olub, ailələrin maddi vəziyyətinin borc verəcək  səviyyədə olmadığını göstərir.

Qeyd edək ki, ailələrin sabitliyi, ailədaxili münasibətlərin dayanıqlığının artırılmasında sosial-psixoloji səbəblərlə yanaşı, maddi və sosial iqtisadi amillər həlledici rola malikdir.

Şərhlər