Bu il xaricdə təhsil alan 726 şəxsin diplomu tanınmayıb

23.12.2021 13:15     Sosreaksiya     514

Bu il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici diplomların tanınması ilə bağlı 3004 müraciət olub.

APA xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2278 müraciətə (76 faiz) müsbət, 726 müraciətə (24 faiz) isə mənfi cavab verilib.

O qeyd edib ki, yanvarda 199, fevralda 274, martda 205, apreldə 246, mayda 256, iyunda 208, iyulda 257, avqustda 261, sentyabrda 310, oktyabrda 338, noyabrda 302, dekabrda 126 müraciət olub.

E. Orucov deyib ki, 2018-ci ildə diplomların tanınması ilə bağlı orta baxılma müddəti 55 gün, 2019-cu ildə 40, 2020-ci ildə 43 gün, 2021-ci ildə isə 18 gün olub: "Bu il Agentliyin taninma.az keçidi istifadəyə verilib. Eyni zamanda tanınma haqqında şəhadətnamələrin həqiqiliyini müəyyən etmək məqsədilə myGov elektron portalında "Xarici diplomlarım" xidməti istifadəyə verilib".

Şərhlər