Əhali daha çox qaz işlədir - “Azəriqaz”
24.12.2021 12:54 Sosreaksiya 505
Son sutka ərzində 38 milyon kubmetr qaz həcmi qəbul edilib. Bu, ötən illə eyni həcmdir.
Reaksiya.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, qəbul edilən təbii qazın 29 milyon kubmetri əhaliyə verilib:
“Digər həcmlər isə qeyri-əhali və sənaye üzrə verilib. Bu ilin dekabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə daha xoş keçib. Son 23 gündə keçən ilin eyni dövrü ilə müqayisədə əhali üzrə 90 milyon kubmetr az təbii qaz qəbul etmişik. Ancaq qeyri-əhali üzrə ötən ilin dekabr ayına nisbətən 30 milyon artıq qaz qəbul etmişik”.
Ruslan Əliyev bildirib ki, noyabr ayında qəbul edilən təbii qaz daha fərqli olub:
“Noyabrda əhali üzrə ötən ilə nisbətən 170 milyon kubmetr artıq qaz qəbul edilib”.
Şərhlər