Azərbaycanın qeyri-neft ixracı rekord həddə çatıb - Sahib Ələkbərov
24.12.2021 14:47 Sosreaksiya 453
Cari ilin ötən dövrü ərzində Azərbaycanın qeyri-neft ixracı 44 faiz artıb ki, bu da ən yüksək tarixi göstəricidir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, ilin sonuna kimi qeyri-neft ixracının 2,6 mlrd. dolları ötəcəyi gözlənilir.
"İndiyə kimi bu rəqəm 1,9 mlrd. dollardan çox olmayıb. Strateji valyuta ehtiyatlarımızın həcmi artaraq 53 mlrd. dollara çatıb.
2021-ci ilin ilk 10 ayında vergi daxilolmaları artaraq 7,4 mlrd. manata çatıb, proqnozdan əlavə dövlət büdcəsinə 1,3 mlrd. manatdan çox vəsaitin daxil olunması təmin edilib ki, bunun da əsas səbəblərindən biri kölgə iqtisadiyyatının həcminin azaldılması, şəffaflaşdırılma istiqamətində aparılan sistemli işlərdir. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi ümumi daxilolmaların 73 faizini ötüb. Özəl sektordan daxilolmalar 20 faizədək artıb və cəmi daxilolmalarda onun xüsusi çəkisi 56 faizə çatıb", - deyə S.Ələkbərov qeyd edib.
Şərhlər