Mərkəzi Bank BƏYANAT YAYDI: Gələn il üçün pul siyasəti...

30.12.2021 12:06     Sosreaksiya     506

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, infliyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək.

Musavat.com xəbər verir ki, bu barədə AMB-nin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, baza proqnozlarına görə yüksək dəyişkənliyə malik qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.

Proqnozlaşdırılan profisitli tədiyyə bvalansı, dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondundan transferlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlılığını dəstəkləyəcək.

AMB gələn il də maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inklıuzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılmas, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaq.

2022-ci il və orta müddətli stratreji dövrdə də AMB-nin əsas proritetlərindən biri komunikasiyanın effektivliyininin və əhatəliliyinin genişləndirilməsi olacaq. Bu, həm iqtisadi subyektlərin gözləntilərinin effektiv idarə olunmasına, həm də makroiqtisadi kordinasiyanın effektivliyinin daha da gücləndirilməsinə imkan verəcək.

Şərhlər