“VECON CONSULTING” illik hesabat açıqladı – 2021-i uğurla başa vurub
30.12.2021 14:35 Sosreaksiya 572
“VECON CONSULTING” şirkəti qiymətləndirmə sektorunda ilk dəfə olaraq illik hesabat açıqlayıb.
Şirkətin illik hesabatında deyilir ki, 2021-ci ildə şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 47,75 faiz artıb. Müvafiq olaraq şirkətin xərcləri 24,11 faiz, mənfəəti isə 32,67 faiz artıb.
Yola saldığımız ildə “VECON CONSULTING”in işçilərinin sayında da artım olub ki, bu öz növbəsində 20 faiz təşkil edib. Qiymətləndirmə sahəsində təcrübəsi olan, maliyyə təsisatlarında və digər şirkətlərdə çalışmış işçilər şirkətin sıralarına qatılıb.
Şirkətin yeni partnyorlarının sayında da artım qeydə alınıb. 2021-ci ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 60 faiz artıb. Köhnə müştərilərlə əməkdaşlıq isə istisnasız olaraq davam edib. Bu da öz növbəsində müştərilərə fərdi və peşəkar yanaşmanın sayəsində mümkün olub.
Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 72,5 faiz artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə azalma olub – 14,4 faiz.
“VECON CONSULTING”in daimi partnyorlarının yenidən müraciət sayında 31 faiz artım qeydə alınıb. Əməkdaşların sertifikasiyası isə tam bitib. Bununla da şirkət Azərbaycanda sertifikasiyadan keçmiş işçilərinin sayına görə, lider mövqeyinə yüksəlib.
Şirkətin regional nümayəndəliklərinin sayı 11-dən 13-ə qalxıb. Bundan sonra “VECON CONSULTING” Azərbaycanın bölgələrinin 80 faizində təmsilçilik hüququ qazanıb. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda ilklərdən sayılır.
Şirkət daşınar və daşınmaz əmlakın təhlili sahəsində fərqlənməyi də bacarıb. Bu günə qədər 30-a yaxın analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bu hesabatlar paytaxtı və regionlar da daxil olmaqla 12 fəaliyyət sahəsini əhatə edib.
“VECON CONSULTING” 2021-ci ildə yeni mərkəzi ofisə köçüb və 2021-ci ilin yekunlarına görə, “İlin qiymətləndirmə şirkəti” nominasiyası üzrə “Qızıl Buta” Milli Mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.
Şərhlər