Avropada qazın min kubmetrinin qiyməti 1100 dollaradək düşüb

30.12.2021 15:26     Sosreaksiya     654

Avropada qazın yanvar fyuçersləri 1100 ABŞ dollarından aşağıdır.

“Report” xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjasının məlumatlarından məlum olur.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) indeksi üzrə qazın yanvar fyuçerslərinin qiyməti dünənki hesablaşma qiymətindən (1 min 127,2 ABŞ dolları) 2 % aşağı düşüb.

Qiymətlərdəki eniş Avropaya kənardan əlavə sıxılmış təbii qaz (STQ) tədarükü və Avropanın külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin artması ilə bağlıdır.

Şərhlər