İrəvanda atışma - Yaralı var
19.08.2015 12:59 Sosreaksiya 2313

Ermənistanın paytaxtı İrəvan şəhərində silahlı insident baş verib.
Reaksiya.az xəbər verir ki, hadisə dünən Şiraz küçəsi, 30 nömrəli evin önündə qeydə alınıb.
Nəticədə 30-35 yaşlı kişi yaralı halda xəstəxanaya aparılıb.
Həkimlərin sözlərinə görə, yaralı ağır olduğundan hadisənin baş vermə səbəblərini açıqlaya bilməyib.
Olay yerində iki giliz tapılıb.
Şərhlər