"Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılır" - DİN

06.01.2022 17:09     Sosreaksiya     334

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı təhqiqat araşdırmaları aparılır".
 
Bunu Reaksiya.az- a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.
 

Şərhlər