Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

07.01.2022 14:41     Sosreaksiya     335

Qazaxıstanda qazın topdansatışı ilə məşğul olan 6 şirkətə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.

Şərhlər